×
A
A
A
Sazlamalar

Türkiyənin ölkəmizdəki səfiri ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında görüş keçirilib

Bakı, 18 may, AZƏRTAC

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü ilə həyata keçirilən “SəfirləSiz” layihəsi çərçivəsində gənclərlə görüşüb.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Milli Məclisin deputatı, İttifaqın sədri Şahin İsmayılov səfirə təşkilatın fəaliyyəti barədə məlumat verib. Qurumun tələbələrə əlverişli təcrübə mühiti təqdim etdiyini deyən deputat ATGTİ-nin gənclər üçün yaratdığı imkanlardan danışıb.
Səfir ATGTİ-nin gəclərlə iş sahəsində gördüyü işləri təqdirəlayiq hesab edib. Tələbələrin cəmiyyətin aparıcı qüvvələrindən olduğunu vurğulayan diplomat görüşün təşkilinə görə məmnunluğunu bildirib.
Tələbə-gənclərlə görüşdə türkiyəli diplomat qardaş Azərbaycan xalqının ən çətin məqamda Türkiyə ilə həmrəylik nümayiş etdirdiyini vurğulayıb. E.Özoral gənclər arasında elm və təhsil sahələrində həyata keçirilən layihələrdən, tələbə-gənclərin ictimai həyatda fəallıqlarından danışıb. O, tələbələrə təhsil aldıqları müddətdə vaxtı düzgün dəyərləndirməyi, özlərini peşəkar mütəxəssis kimi inkişaf etdirməyi tövsiyə edib.

Sosial 2018-05-18 19:20:00