×
A
A
A
Sazlamalar

Teatr Muzeyində konsert proqramı və sərgi

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə “açıq qapı” keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin əməkdaşları bu peşə bayramında öz qonaqları üçün konsert proqramı və sərgi nümayiş etdirib. Sərgidə ümummilli lider Heydər Əliyevin mədəniyyətə olan diqqət və qayğısını əks etdirən zəngin materiallar yer alıb. Həmçinin bu böyük dövlət xadiminin siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Sonda Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Musiqi Kollecinin tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Muzeydə gün ərzində “açıq qapı” münasibətilə gələn ziyarətçilərə fotosərgi və sənədli filmlərdən videofraqmentlər nümayiş edilib.

Mədəniyyət 2018-05-18 18:49:00