Ukrayna yığması ilə oyun üçün millimizin heyəti açıqlanıb
Bakı, 18 may, AZƏRTAC
Mayın 19-da qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında ilk oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində Ukrayna millisi ilə qarşılaşacaq yığmamızın oyun üçün heyəti açıqlanıb.
Heyətdə Şəfaqət Alışanova, Yana Əzimova, Kristina Yaqubova, Aynur İmanova, Ayşən Abduləzimova, Kseniya Pavlenko, Olena Həsənova, Odina Bayramova, Yelizaveta Səmədova, Katerina Jidkova, Marqarita Əzizova, Ceyran İmanova, Bəyaz Əliyeva və Yuliya Kərimova yer alıblar.
Oyunu yunanıstanlı baş hakim Epaminondas Gerothodoros idarə edəcək. İkinci hakim funksiyasını həmyerlimiz Eldar Əliyev yerinə yetirəcək.
Qeyd edək ki, görüş saat 18:00-da başlayacaq.
Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq
Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
Yüksək Liqa: “Azərreyl” finala yüksəlib
Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir
Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir