×
A
A
A
Sazlamalar

Malayziya: sabiq baş nazirin 5 yük maşını həcmində qiymətli əşyaları müsadirə edilib

Bakı, 18 may, AZƏRTAC

Malayziya polisi “1Malaysia Development Berhad” (1MDB) dövlət investisiya fondunda korrupsiya işi ilə əlaqədar ölkənin sabiq baş naziri Nəcib Rəzzakın mənzillərində axtarış aparıb və 5 yük maşınına güclə yerləşən qiymətli əşyaları müsadirə edib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, axtarış zamanı, o cümlədən bahalı qadın çantaları ilə dolu 284 qutu, içərisinə zinət əşyaları yığılmış 70-dən çox futlyar və bir neçə valyuta şəklində saxlanan külli miqdarda nağd pul aşkarlanıb. Nəcib Rəzzakın həyat yoldaşı hər birinin qiyməti 10 min dollardan 200 min dollara qədər dəyişən “Hermes Birkin” çantalarını kolleksiya etdirmiş.
Qeyd edək ki, 1MDB fondunun sabiq rəhbərliyi 4,5 milyard dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Dünya 2018-05-18 18:43:00