×
A
A
A
Sazlamalar

Muzey işi sahəsində çalışan bir qrup şəxsə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında muzey işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:

Axundova Aida Xalıq qızı
Bağırova Qəmər Seyfəddin qızı
Balayeva Təranə Əhməd qızı
Bayramov Rza Rafiq oğlu
Bəkirova Nahidə Ellaz qızı
Əhmədova Tünzalə Həmid qızı
Ələkbərova Səadət Cahangir qızı
Hacıyev Akif Bağır oğlu
İbrahimov Kamil Fərhad oğlu
Orucəliyev Ramil Əli oğlu
Şadlinskaya Xanım Nazim qızı
Tağıyeva Əntiqə Rəhim qızı.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 may 2018-ci il.

Sərəncamlar 2018-05-18 18:37:00