×
A
A
A
Sazlamalar

Azərbaycandan İrana şotland cinsinə aid pişik balalarının qaçaqmal yolu ilə aparılmasının qarşısı alınıb

Bakı, 18 may, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini uğurla davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mayın 17-də qurumun əməkdaşlarının sayıqlığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Həmin tarixdə saat 18:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən bir şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.
Onun tutulduğu əraziyə baxış keçirilərkən qutuda şotland pişik cinsinə aid 10 baş pişik balası aşkarlanıb.
Sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Kakavənd Mima Fərhad olması, pişik balalarını satış məqsədilə İran İslam Respublikasına qaçaqmal yolu ilə aparmaq istəməsi müəyyənləşdirilib.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sosial 2018-05-18 16:10:00