×
A
A
A
Sazlamalar

Mirzə Əsgərovun rəhbərlik etdiyi xor “Müqəddəs üçlük” bayramında çıxış edəcək

Bakı, 18 may, AZƏRTAC

Mayın 27-də Moskva vilayətinin Odintsovo rayonunun Usovo kəndində Pravoslav Maarifləndirmə Mərkəzində “Müqəddəs üçlük” bayramı keçiriləcək. Həmvətənimiz Mirzə Əsgərovun bədii rəhbəri və dirijoru olduğu M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) akademik xoru tədbirdə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Pravoslav Maarifləndirmə Mərkəzinin və M.Lomonosov adına Moskva Dövlət Universitetinin “facebook” səhifəsində yer alıb.
MDU-nun akademik xorunda tələbələr, aspirantlar, bu universitetin əməkdaşları və müxtəlif fakültələrin məzunları, habelə həvəskarlar iştirak edirlər. Xorun repertuarında 200-dən çox klassik və müasir əsər, müxtəlif dillərdə xalq mahnıları yer alıb.

Musiqi 2018-05-18 05:17:00