×
A
A
A
Sazlamalar

Azərbaycanın müxtəlif rayonlarındakı 12 Gənclər evində mübadilə proqramı həyata keçiriləcək

Bakı, 17 may, AZƏRTAC

Bu ilin yayında “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində 12 rayonun Gənclər evində mübadilə proqramına start veriləcək. Proqram Bakının Binəqədi, Sabunçu, Xəzər rayonlarında, eləcə də Sumqayıt, Şirvan, Quba, Gəncə, Lənkəran, Mingəçevir, Balakən, Tovuz və Saatlıdakı Gənclər evlərində bir ay müddətində həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, fəal gənclərin qatılacaqları mübadilə proqramının məqsədi gənclər arasında könüllülüyün təbliği, onların könüllülüyə həvəsləndirilməsi və bu fəaliyyətin ölkəmizdə inkişafına təkan verilməsidir.
Gənclər bir ay müddətində müxtəlif regionlara səyahət edib, Gənclər evlərində fəaliyyət göstərəcəklər. Onlar bunun sayəsində könüllülük sahəsində təcrübə qazanmaq, bacarıqlarını inkişaf etdirmək, səmərəli vaxt keçirmək və fərqli mühitdə çalışmaq imkanı qazanacaqlar.
Proqrama qoşulmaq istəyən 18-29 yaşlı gənclər www.akx.nayora.az ünvanına daxil olub qeydiyyatdan keçə bilərlər.

Sosial 2018-05-17 20:08:00