×
A
A
A
Sazlamalar

Aksiz markasız siqaret və araqların realizə edilməsinin qarşısı alınıb

Bakı, 17 may, AZƏRTAC

Aksiz markasız siqaret və araqların realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Mercedes Benz -0403” markalı sərnişin avtobusu Tovuz rayonu ərazisində saxlanılıb.
Nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı aksiz markasız siqaretlərin və araqların olduğu müəyyən edilib.
Daha sonra Tovuz Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilən avtomobilə hal şahidlərinin iştirakı ilə təkrar baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən aksiz markası olmayan 10 ədəd 0,5 litrlik, 6 ədəd 1 litrlik “Nemiroff”, 11 ədəd “Celsius” markalı araq, 3600 ədəd “Winston XS silver”, “Marllboro” və “Parliament Carat” markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2018-05-17 16:46:00