×
A
A
A
Sazlamalar

Bu ilin ilk 4 ayında 318,2 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb

Bakı, 17 may, AZƏRTAC 

Kənd təsərrüfatında may ayının 1-nə kimi 318,2 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu dövrdə 49,6 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 17,6 min hektarı dən üçün qarğıdalı), 53,9 min hektar sahədə kartof, 47,8 min hektar sahədə tərəvəz, 14,1 min hektar sahədə bostan bitkiləri, 8,3 min hektar sahədə şəkər çuğunduru, 7,7 min hektar sahədə dən üçün günəbaxan, 1,3 min hektar sahədə tütün, 82,3 min hektar sahədə pambıq, 48,9 min hektar sahədə çoxillik otlar, 1,1 min hektar sahədə birillik otlar və 3,2 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

Regionlar 2018-05-17 15:30:00