×
A
A
A
Sazlamalar

Sabirabad sakinində silah və narkotik vasitə aşkarlanıb

Bakı, 17 may, AZƏRTAC

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon sakini, əvvəllər məhkum olunmuş Seyidağa Səmədovun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 20 ədəd “Tramadol”, 2 ədəd elektron tərəzi, bir pnevmatik tüfəng, bir xəncər və bir bıçaq, həyətyanı sahədən isə sellofana bükülmüş, çəkisi 150 qrama yaxın heroin aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2018-05-17 14:55:00