×
A
A
A
Sazlamalar

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bakı, 17 may, AZƏRTAC 

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Rəyasət Heyətinin fəaliyyəti və vəkilliyə qəbul üzrə hazırda görülən işlərin vəziyyəti barədə məlumat verilib.
Sonra iclasın gündəliyinə əsasən, bir sıra vəkillərin müraciətlərinə baxılaraq fərdi vəkilliyə keçmə, məsləhətxana üzrə iş yerinin dəyişməsi, habelə fəaliyyətində fərqlənmiş vəkillərin mükafatlandırılması barədə müvafiq qərarlar qəbul olunub.
İclasda, həmçinin Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun və vəkillərin davranış qaydaları haqqında əsasnamənin tələblərinin pozulması hallarına yol verdiklərinə görə iki vəkilə intizam tənbeh tədbiri qismində irad tutulub.

Sosial 2018-05-17 14:38:00