×
A
A
A
Sazlamalar

Dövlət Dəniz Akademiyasının altı tələbəsi Qara dənizdə təcrübə keçəcək

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Dövlət Dəniz Akademiyasının II və III kursunda oxuyan altı tələbəsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin təşəbbüsü ilə Qara dənizdə təcrübə keçəcək.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, onların üçü gəmi sürücüsü, üçü isə mexanik ixtisası üzrə təhsil alır.
Artıq üçüncü ildir ki, reallaşdırılan layihəyə seçimlər xüsusi meyarlarla aparılıb.
Əvvəlcə akademiyadan həm dekanların, həm də müəllimlərin rəyi öyrənilib. Daha sonra yüksək bal toplayan, intizamlı, ingilis və rus dillərinə müəyyən səviyyəyə malik tələbələr müsahibə mərhələsinə çağırılıb.
Müraciət edənlərin ixtisas üzrə bilikləri donanmanın Texniki istismar departamentinin rəisi Balakişi Səfərov, Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamentinin rəis müavini Rövşən Dəmirov, dil səviyyələri isə AXDG-nin İnsan resurslarının idarəedilməsi departamentinin gənclərlə iş üzrə koordinatoru Roza Bədəlova tərəfindən yoxlanıb. Nəticədə 19 nəfər arasından altı tələbə Qara dənizdə təcrübə keçmək üçün müsbət rəy alıb.
Qeyd edək ki, sözügedən təcrübə üç ay davam edəcək.

Nəqliyyat 2018-05-17 13:03:00