×
A
A
A
Sazlamalar

Bakının bəzi yollarında nəqliyyatın hərəkəti hissə-hissə qismən məhdudlaşdırılıb

Bakı, 17 may, AZƏRTAC

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Heydər Əliyev prospekti, Sabunçu yol qovşağından Hava limanı istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, analoji işlər Bakı-Ələt avtomobil yolunun Bayıl dairəsi-Azneft meydanı istiqamətində də aparılır. Bu məqsədlə, sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılıb.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən isə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Nəqliyyat 2018-05-17 11:25:00