×
A
A
A
Sazlamalar

Dörd ayda Gömrük Komitəsi tərəfindən 240 cinayət xarakterli fakt aşkarlanıb

Bakı, 17 may, AZƏRTAC

2018-ci ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsi tərəfindən 240 cinayət xarakterli fakt aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunlardan 60-ı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar, 150-si isə qaçaqmalçılıq faktları və digər cinayət xarakterli faktlardır.

Hadisə 2018-05-17 11:02:00