×
A
A
A
Sazlamalar

Bu il Yevlaxda 14 tondan çox barama tədarükü gözlənilir

Yevlax, 17 may, AZƏRTAC

Ötən il Yevlax rayonunda 5,6 ton barama istehsal olunub. Yetişdirilən məhsulun bəhrəsini görən kümçülər cari ildə daha çox barama istehsal etməyi qarşıya məqsəd qoyublar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Qax Damazlıq İpəkçilik Stansiyasından 351 qutu (6669 qram) ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən ailələrə paylanılıb. Cari mövsümdə 14 tondan artıq barama istehsalı nəzərdə tutulub.
Qeyd edək ki, bir neçə ildir Yevlaxda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanılıb. Barama istehsalını artırmaq məqsədilə rayon ərazisində 2016-cı ildən başlayaraq 151 min ədəd çəkil (tut) tingi əkilib.

Kənd təsərrüfatı 2018-05-17 06:09:00