×
A
A
A
Sazlamalar

Dörd ayda dəmir yolu nəqliyyatı ilə 969,9 milyon dollar dəyərində yük daşınıb

Bakı, 17 may, AZƏRTAC

Bu ilin yanvar-aprel aylarında dəmir yolu nəqliyyatı ilə 969 milyon 965 min ABŞ dolları dəyərində 2 milyon 36 min 708 ton yük daşınıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dörd ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 578 min 336 ton yükün dəyəri 188 milyon 726 min ABŞ dolları təşkil edir. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 1 milyon 458 min 371 ton, dəyəri isə 781 milyon 238 min ABŞ dollarıdır.

Nəqliyyat 2018-05-17 05:07:00