Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Bakı-2018” II Beynəlxalq həmrəylik tennis çempionatına dair iclas keçirilib

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Milli Olimpiya Komitəsində iyulda Bakının ev sahibliyi edəcəyi II Beynəlxalq həmrəylik tennis çempionatına dair iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionatda yerli Əməliyyat Komitəsinin üzvləri, Azərbaycan Tennis Federasiyasının nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində fəaliyyət planına nəzər salınıb, Milli Olimpiya Komitəsi və Azərbaycan Tennis Federasiyası arasında mütəşəkkil şəkildə tədbirə hazırlıq planı təsdiqlənib.
Çempionat zamanı tələb olunan nəqliyyat, qidalanma, yerləşmə və digər mühüm məqamlara toxunulub.
Xatırladaq ki, II Beynəlxalq həmrəylik tennis çempionatı iyulun 23-28-də keçiriləcək. Çempionat “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının irsini davam etdirmək, İslam aləmində idmana marağı artırmaq məqsədini daşıyır.

İdman 2018-05-16 20:34:00