Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tehranda kütləvi aksiya keçirilib

Tehran, 16 may AZƏRTAC
Bu gün Tehranda ABŞ-ın səfirliyinin Təl-Əvivdən Qüdsə köçürməsinin əleyhinə kütləvi aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları ABŞ-ın Tehrandakı keçmiş səfirliyinin qarşısına toplanaraq “Fələstinə azadlıq” şüarlarını səsləndiriblər. Aksiya iştirakçıları, həmçinin fələstinlilərə qarşı zorakılığın tətbiq edilməsinə etirazlarını bildiriblər.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Dünya 2018-05-16 19:45:00