Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

BDU-da keçirilən altıncı fars dili olimpiadasının qalibləri mükafatlandırılıblar

Bakı, 16 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsi və İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ibtidai, orta və ali səviyyələr üzrə altıncı fars dili olimpiadası keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov, İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov və Mədəniyyət Mərkəzinin rəhbəri Əsğər Farsi Azərbaycan ilə İran arasındakı əlaqələrin əhəmiyyətindən danışıblar.
Natiqlər, eyni zamanda, farsdilli ədəbiyyat, onun formalaşmasında və inkişafında önəmli rol oynayan Firdovsi, Sədi, Hafiz, Xəyyam kimi İran şairləri ilə yanaşı, Azərbaycanın böyük şairləri Nizami, Füzuli, Xətai, eləcə də böyük hind şairi Əmir Xosrov Dəhləvinin yaradıcılığından bəhs ediblər.
Ölkənin müxtəlif ali təhsil ocaqlarından, o cümlədən məktəb və liseylərdən 150-dək iştirakçının qeydiyyatdan keçdiyi olimpiadada müvafiq qaydalara əsasən fars dilinin qrammatikasına dair test tapşırıqları, imla, ifadə, tərcümə və inşa mövzuları təqdim edilib.
Qaliblərə diplom və mükafatlar verilib.

Elm və təhsil 2018-05-16 19:37:00