×
A
A
A
Sazlamalar

İçərisində 70 min manat olan çantanı soyğunçuluq yolu ilə ələ keçirən qrupun üzvü saxlanılıb

Bakı, 16 may, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarışı İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Mingəçevirdəki şirkətlərin birində ekspeditor işləyən E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus, içərisində 70 min manat olan çantanı onun əlindən almaqda şübhəli bilinən qrupun digər üzvü - Mingəçevir şəhər sakini Yaşar Kərimov da saxlanılıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Hadisə 2018-05-16 15:42:00