×
A
A
A
Sazlamalar

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan ali hərbi məktəbləri rəislərinin görüşü keçirilir

Bakı, 16 may, AZƏRTAC

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan ali hərbi məktəblərinin rəislərinin üçtərəfli görüşü başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Türkiyə Quru Qoşunları Məktəbi və Gürcüstan Milli Müdafiə Akademiyasının nümayəndə heyətləri iştirak edir.
Mayın 18-dək davam edəcək tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstanın ali hərbi tədris müəssisələrinin təlim-tədris prosesləri barədə brifinqlər təqdim olunacaq, təcrübə mübadiləsi aparılacaq, birgə fəaliyyətlər və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.

 

Ordu 2018-05-16 12:13:00