×
A
A
A
Sazlamalar

Ötən gün qeydə alınmış 102 cinayət faktından 15-nin üstü “isti izlər”lə açılıb

Bakı, 15 may, AZƏRTAC

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 102 cinayət faktından 15-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli altı fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Hadisə 2018-05-15 11:14:00