×
A
A
A
Sazlamalar

Musiqili Teatrda Xalq Yazıçısı Elçinin 75 illiyi qeyd olunub

Bakı, 14 may, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrında Xalq Yazıçısı Elçinin 75 illik yubileyi ilə əlaqədar onun məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyası nümayiş olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görkəmli dramaturqun yaradıcılığına dəyər verənlərin bir araya gəldiyi gecədə əvvəlcə tanınmış jurnalist, Əməkdar Mədəniyyət İşçisi Telli Pənahqızı yubilyarın həyat və yaradıcılıq yolu barədə ətraflı məlumat verib.
Sonra səhnə əsəri təqdim olunub. Tamaşanın quruluşçu-rejissoru, Xalq Artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar Artist Nofəl Vəliyev, quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Xalq Rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur.
Səhnə əsərində rolları Xalq Artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Əliyev, Çingiz Əhmədov, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əmrah Dadaşov, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Fərid Rzayev, Gültac və Hüseyn Əlililər, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Elçin İmanov, Şaban Cəfərov, Ağaxan Şərifov, Telnaz Hüseynova, Nigar Qarayeva, Rahib Məmmədzadə və başqaları ifa ediblər.
Hər bir tamaşaçının zövqünü oxşayan səhnə əsəri maraqla qarşılanıb.

Teatr və kino 2018-05-14 16:09:00