×
A
A
A
Sazlamalar

Ölkəmizdə yaşayan azsaylı xalqların rəqs kollektivləri Bakıya toplaşacaq

Bakı, 14 may, AZƏRTAC

Mayın 26-da Heydər Əliyev Sarayında “Azərbaycan-doğma diyar” adlı konsert proqramı təqdim olunacaq.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib ki, konsert çərçivəsində ölkəmizdə yaşayan azsaylı xalqların rəqs nümunələri təqdim olunacaq.
Mədəniyyət Nazirliyinin də dəstəklədiyi konsert proqramında bir-birindən maraqlı musiqi nömrələri təqdim olunacaq, qonaqlar müxtəlif rəqs nömrələrindən zövq ala biləcəklər.

Musiqi 2018-05-14 14:57:00