×
A
A
A
Sazlamalar

Tanınmış müğənni və bəstəkar EMİN ilk dəfə Qazaxıstanda konsert verib

Astana, 12 may, АZƏRTAC

Tanınmış azərbaycanlı müğənni və bəstəkar EMİN ilk dəfə Qazaxıstanın Astana şəhərində konsert verib.
AZƏRTAC xəbər verir ki, o, “Qazaxıstan” mərkəzi konsert zalında “Bumeranq 2018” adlı konsertdə yeni “̌Prosti, moya lyubov” (“Bağışla məhəbbətim”) adlı albomundan kompozisiyalar ifa edib. Bundan başqa, albomunda yer alan “Still”, “Ryadom prosnutsa”, “Ya luçşe vsex jivu”, “Bumeranq”, “Good Love” və “Amor” adlı yeni mahnılarını da oxuyub.
EMİN ustadı hesab etdiyi məşhur azərbaycanlı müğənni, SSRİ Xalq Artisti Müslüm Maqomayevin “Sinyaya veçnost” mahnısını da ifa edib. Onun ifasında bu mahnı tamaşaçıların böyük rəğbətinə səbəb olub.
Müğənni mayın 12-də Almatıda Respublika Sarayında solo-konsert proqramı ilə çıxış edəcək.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Musiqi 2018-05-12 00:05:00