×
A
A
A
Sazlamalar

Bakı Musiqi Akademiyasında növbəti konsert proqramı Ulu Öndərin xatirəsinə həsr edilib

Bakı, 11 may, AZƏRTAC

Mayın 10-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
BMA-dan AZƏRTAC-a bildirilib ki, akademiyanın tələbələrindən ibarət “Simli və nəfəs alətləri” ansamblının iştirakı ilə keçirilən konsertdən öncə akademiyanın tələbələri Günel Seyidova və Aygün Qəhrəmanova əbədiyaşar şəxsiyyət Heydər Əliyevin keçdiyi şərəfli yolu əks etdirən məruzə ilə çıxış ediblər.
Sonra Ümummilli Liderin xalqımızın inkişafı naminə gördüyü misilsiz xidmətləri əks etdirən videoçarx izlənilib.
Konsertdə akademiyanın müəllim və tələbələri tərəfindən bəstəkar və xalq mahnıları səsləndirilib.

 

Musiqi 2018-05-11 12:24:00