×
A
A
A
Sazlamalar

Paytaxt sənayesində istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 1,3 faiz artıb

Bakı, 9 may, AZƏRTAC 

2018-ci ilin yanvar-mart aylarında paytaxt sənayesində istehsal olunan malların və göstərilən xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 9,6 milyard manat təşkil edib.
Bakı şəhər Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye məhsulunun 84,3 faizi mədənçıxarma, 13,3 faizi emal, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 83,6 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,0 faiz, xidmətlərin göstərilməsi isə 12,0 faiz təşkil edib.

Sənaye 2018-05-09 04:21:00