×
A
A
A
Sazlamalar

Yanvar-mart aylarında ayaqqabı istehsalı 85,1 faiz artıb

Bakı, 23 aprel, AZƏRTAC
Yanvar-mart aylarında Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 80,3 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 85,1 faiz, toxuculuq sənayesində 53,2 faiz artım, geyim istehsalında isə 25,2 faiz azalma müşahidə olunub.

Sənaye 2018-04-23 08:00:00