Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Çinin ən böyük ticarət sərgisi işə başlayıb

Pekin, 16 aprel, AZƏRTAC

Çinin cənubundakı Quancou şəhərində ölənin ən böyük ticarət sərgisi – Çin idxal və ixrac sərgisinin (Kanton sərgisi) yaz sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Çin Kommersiya Nazirliyinin və Quandun vilayəti hökumətinin himayəsi ilə keçirilən sərgi sahəsinə, ziyarətçi və sərgidə iştirak edən şirkətlərin, ticarət sövdələşmələrinin və nümayiş olunan məhsulların növ sayına görə ölkədə ən böyük bu cür tədbir hesab olunur. Bundan başqa, sərgi Çin ticarətinin barometri də hesab olunur.
Nümayiş olunan məhsulların və xidmətlərin növünə görə 3 mərhələdən ibarət olan builki sərgidə 25 mindən çox şirkət, 210-a yaxın ölkə və region iştirak edir. Bura 34 xarici ölkədən olan 600-ə yaxın şirkət də daxildir.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2018-04-16 18:42:00