Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Çinli mütəxəssislər alimlərimizin elmi araşdırmalarının nəticələrinə maraq göstərirlər

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun maye və qaz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov və aparıcı elmi işçi, dosent Eldar Abbasov Çində ezamiyyətdə olublar.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, ezamiyyət müddətində azərbaycanlı alimlər Pekində yerləşən “New Horizon” elmi mərkəzində innovativ işlənmənin Çinin karbohidrogen yataqlarında adaptasiya olunması və tətbiqinə dair müzakirələr aparıblar.
Alimlərimizin elmi araşdırmalarının nəticələri və yaratdıqları yeni innovativ üsul və texnologiyalar Çində neftçıxarma və neftveriminin artırılması sahəsinin mütəxəssislərinin marağına səbəb olub. Çin mütəxəssisləri tərəfindən texnologiyanın sənayedə tətbiqinin aparılması təşəbbüsü irəli sürülüb.
Azərbaycanlı alimlər, həmçinin Çinin ən böyük şirkəti “CNOOC”un aparıcı mütəxəssisləri ilə də görüşüblər.
Görüşdə çinli alimlər Azərbaycanda birgə elmi tədqiqatlara və neft yataqlarında geofizika sahəsində proqram təminatının interpretasiyası istiqamətində yeni işləmələrin reallaşdırılmasına maraq göstərdiklərini bildiriblər.

Elm və təhsil 2018-04-16 18:24:00