×
A
A
A
Sazlamalar

Üç ayda sənaye məhsulunun 21,3 faizi emal sektorunda istehsal olunub

Bakı, 16 aprel, AZƏRTAC

Yanvar-mart aylarında Azərbaycanda sənaye məhsulunun 21,3 faizi emal sektorunda istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, emal sektorunda tütün məmulatlarının istehsalı 2,8 dəfə, mebel istehsalı 96,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 85,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 53,2 faiz artıb, içkilərin istehsalı 3,1 faiz, qida məhsullarının istehsalı 7,2 faiz, geyim istehsalı 25,2 faiz azalıb.

Sənaye 2018-04-16 01:45:00