×
A
A
A
Sazlamalar

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi Varşavada qeyd edilib

Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Avropanın aparıcı təhsil ocaqlarından biri olan Varşava Universitetinin şərqşünaslıq fakültəsində 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar anım mərasimi keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə 100 il bundan əvvəl baş vermiş və tarixin ən qanlı səhifələrindən biri olan azərbaycanlıların soyqırımı hadisələrinin tarixi kökləri və xalqımıza qarşı ermənilər, onların havadarları tərəfindən əsrlərboyu davamlı olaraq aparılmış etnik təmizləmə siyasəti barədə tələbələrə geniş məlumat verilib.
Sonra universitetdə təhsil alan tələbələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bildirərək, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunun təcavüzkar Ermənistan tərəfindən işğal olunmasını qəti şəkildə pisləyiblər. 2016-cı ilin aprel hadisələrinə də toxunan tələbələr təcavüzə məruz qalmış ölkə kimi Azərbaycanın öz ərazi bütövlüyünü müxtəlif vasitələrlə, o cümlədən hərbi yolla bərpa etmək hüququna malik olduğunu qeyd ediblər.
Qeyd edək ki, azərbaycanlı tələbələrin təşəbbüsü ilə Varşavada Ermənistan səfirliyi qarşısında 2018-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı aksiya keçirilib. Aksiya zamanı tələbələr azərbaycanlıların soyqırımını əks etdirən bukletləri və çap materiallarını şəhər sakinlərinə paylayıblar.

Qan yaddaşı 2018-04-09 20:38:00