×
A
A
A
Sazlamalar

“The Baltic Course” internet jurnalında azərbaycanlıların soyqırımı haqqında məqalə dərc edilib

Riqa, 3 aprel, AZƏRTAC
“The Baltic Course” internet jurnalında AZƏRTAC-ın xüsusi müxbiri Nigar Cəfərlinin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqaləsi dərc edilib.
Məqalədə qeyd edilir ki, martın 31-də Azərbaycan xalqı yüz il əvvəl, 1918-ci ildə ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımı qurbanlarının xatirəsini anır.
Müəllif diqqətə çatdırır ki, 1918-ci ilin mart-aprel aylarında bolşeviklərdən və şovinist erməni daşnaklarından ibarət silahlı dəstələr Azərbaycanda sovet hakimiyyəti qurmaq bəhanəsi ilə Bakı, Gəncə, Quba, Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul və ölkənin onlarla digər yaşayış məntəqələrində kütləvi qırğınlar törədiblər. Bu qırğınlar nəticəsində milli və dini mənsubiyyətinə görə 50 mindən çox insan qətlə yetirilib.
Məqalənin sonunda qeyd edilir ki, Azərbaycan tərəfinin bu tarixi fakta yanaşması birmənalıdır: bu cinayətlər bir daha təkrar olunmamalı, Azərbaycanda olduğu kimi, hər bir ölkədə etnik, mədəni və konfessional rəngarənglik milli sərvət hesab edilməli, multikulturalizm və tolerantlıq cəmiyyətin həyat tərzinə çevrilməlidir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

31 mart 2018-04-03 18:58:00