×
A
A
A
Sazlamalar

İsveçrədə 31 mart soyqırımına həsr edilən tədbirin keçirilməsinə dair ölkə parlamentinin siyasi forumu ilə razılıq əldə olunub

Bern, 1 aprel, AZƏRTAC

İsveçrədə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirin keçirilməsi ilə əlaqədar bu ölkənin parlamentinin siyasi forumu ilə razılıq əldə edilib.
İsveçrənin mərkəzi və yerli qurumlarının rəhbər şəxsləri, habelə işgüzar dairələrin və ictimaiyyətin aparıcı simaları, eləcə də İsveçrədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri tədbirdə iştiraka dəvət olunublar. Tədbirdə, həmçinin İsveçrədə yaşayan Azərbaycan icmasının üzvlərinin və burada təhsil alan azərbaycanlı tələbələrin iştirakı gözlənilir.
Tədbirdə xalqımıza qarşı törədilmiş soyqırımının tarixindən bəhs olunacaq və bununla bağlı hazırlanmış sənədli film nümayiş etdiriləcək.
Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış press-reliz İsveçrənin dövlət və hökumət orqanlarına, parlament üzvlərinə, qeyri-hökumət təşkilatlarına, bu ölkədə fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilib.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern

31 mart 2018-04-01 15:26:00