×
A
A
A
Sazlamalar

Məktəblilər 31 mart soyqırımı qurbanlarının xatirəsini anıblar

Bakı, 31 mart, AZƏRTAC 

Bakının Xətai rayonundakı 171 nömrəli orta məktəbdə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva diqqətə çatdırıb ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu faciələrin dünya miqyasında tanıdılması ilə bağlı dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
Çıxış edənlər ötən əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi proseslər, Qafqazda erməni daşnakları tərəfindən törədilən soyqırımı haqqında danışıblar.
Sonra soyqırımı qurbanlarının xatirəsinə həsr edilən film nümayiş olunub.
Tədbir şagirdlərin hazırladıqları “Susmaram” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Qan yaddaşı 2018-03-31 18:37:00