×
A
A
A
Sazlamalar

Bakının toxuculuq sənayesi 87 faiz artıb

Bakı, 31 mart, AZƏRTAC
Yanvar-fevral aylarında Bakıda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 10,2 milyon manat dəyərində məhsul istehsal edilib.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 87,0 faiz, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında 4,8 dəfə artım, geyim istehsalında isə 64,0 faiz azalma müşahidə olunub.

Sənaye 2018-03-31 17:31:00