×
A
A
A
Sazlamalar

“Unudulmaz faciə” adlı sərgi açılıb

Bakı, 31 mart, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 4 nömrəli uşaq incəsənət məktəbində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Təsviri sənət həftəsi” çərçivəsində “Unudulmaz faciə” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, 3, 4 və 5 nömrəli uşaq incəsənət məktəbləri şagirdlərinin əsərlərindən ibarət sərgidə 100-dən artıq əl işi nümayiş olunub.
Tədbirdə Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov bu günün tarixi mahiyyətindən, faciənin böyüklüyündən danışıb.
Əməkdar İncəsənət Xadimi, sənətşünas Ziyadxan Əliyevin soyqırımın tarixi, rəssamların bu mövzuya aid çəkdikləri sənət əsərləri barədə məruzəsi dinlənilib.
Tədbirdə müxtəlif sənədli filmlərdən soyqırımına aid tarixi kadrlar göstərilib.
Sonda incəsənət məktəblərinin fərqlənən şagirdlərinə Rəssamlar İttifaqı tərəfindən diplom və xatirə hədiyyələri təqdim edilib.

 

31 mart 2018-03-31 17:15:00