×
A
A
A
Sazlamalar

Tariximizin görünən və görünməyən üzü

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Pedaqoji Kollecdə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tariximizin görünən və görünməyən üzü” adlı tədbir keçirilib.
Kollecdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə kollecin direktoru Qulu Novruzov, Yasamal Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Söhrab Cəfərov, Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev və başqaları yüz il əvvəl erməni-bolşevik birləşmələri tərəfindən xalqımıza qarşı törədilən qanlı qətl və qırğınlar barədə danışıblar. Bildirilib ki, uzun illər gizli qalan bu cinayətlərə ilk dəfə hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib.
Tədbirin sonunda tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunub.

31 mart 2018-03-31 16:56:00