×
A
A
A
Sazlamalar

Əcnəbi tələbələr 31 mart soyqırımı ilə bağlı məlumatlandırılıblar

Bakı, 31 mart, AZƏRTAC 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil alan əcnəbi tələbələrin iştirakı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin ictimai fənlər kafedrasının dosenti, fəlsəfə elmləri namizədi Gülarə Abbasova ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğınlar barədə əcnəbi tələbələrə ətraflı məlumat verib. Alim 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində, habelə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlardan danışıb.
Sonda əcnəbi tələbələr 31 mart hadisələrindən bəhs edən videoçarxa baxıblar.

 

31 mart 2018-03-31 12:32:00