×
A
A
A
Sazlamalar

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Masallı, 30 mart, Bağır Əliyev, AZƏRTAC

Martın 30-da Masallı şəhərindəki Gənclər Mərkəzində rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən və Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş inşa-yazı müsabiqəsinin qalibləri məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mükafatlandırma mərasimində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Təhsil Şöbəsinin metodisti Əkbər Mahmudov, şəhər 2 nömrəli tam orta məktəbi müəllimi Şakir Xəlilov, şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Aybəniz Həsənova çıxışlarında ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən danışıblar.
Sonra qaliblərin mükafatlandırılması mərasimi olub. Münsiflər heyətinin qərarına əsasən inşa-yazı müsabiqəsində Banbaşı kənd tam orta məktəbin IX sinif şagirdi Nərmin Qədməliyeva birinci, şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Hüseyn Seyfullayev ikinci, şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Fatimə Həsənova üçüncü yerə layiq görülüblər.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Qan yaddaşı 2018-03-30 20:17:00