Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Braziliyada Xocalı qətliamı və Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar sərgi təşkil edilib

Bakı, 30 mart, AZƏRTAC 

Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüsü ilə Qoya ştatında təşkil olunmuş sərgi çərçivəsində Xocalı soyqırımı və Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş fotoşəkillər nümayiş etdirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, sərgidə XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli cinayətlər haqqında iştirakçılara geniş məlumat verilib, ölkəmizin müxtəlif bölgələrində azərbaycanlılara qarşı açıq şəkildə qanlı aksiyaların həyata keçirildiyi diqqətə çatdırılıb.
Yerli KİV-lərə müsahibə verən səfir Elxan Poluxov “Xocalıya ədalət!” beynəlxalq kampaniyasından və 31 Mart soyqırımından ətraflı bəhs edib.
Sərgi aprelin 6-dək davam edəcək.

Qan yaddaşı 2018-03-30 18:23:00