Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Tarix Muzeyində 31 mart soyqırımının “şahidi olmuş” top nümayiş etdirilir

Bakı, 30 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında 1918-ci il mart hadisələri ilə bağlı zəngin materiallar saxlanılır. Muzeyin silahlar və bayraqlar fondunda 31 mart soyqırımının “şahidi olmuş” top nümayiş etdirilir.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, top Bakıda erməni sahibkarı Xatisovun zavodunda düzəldilib. Ermənilərin 31 martda azərbaycanlılara qarşı törətdikləri soyqırımı zamanı istifadə etdikləri bu hərbi sursat poladdan tökmə üsulu ilə hazırlanıb. Topun lüləsinin üzərində ox-kaman işarəsi, “1918 г” və erməni əlifbası ilə yazılmış hərflər həkk olunub.
Qeyd edək ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən Bakıda, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Naxçıvan və digər bölgələrimizdə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədilib. Soyqırımı zamanı on minlərlə azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilib.

31 mart 2018-03-30 17:42:00