×
A
A
A
Sazlamalar

Füzuli teatrında “Tarixin qanlı səhifəsi” adlı poetik xalq faciəsi nümayiş olunub

Füzuli, 30 mart, AZƏRTAC

Füzuli Dövlət Dram Teatrında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Tarixin qanlı səhifəsi” adlı poetik xalq faciəsi nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan tamaşada əsas rollarda Əli Hüseynov, İntizar Quliyeva, Sehran Xanlarov, Məryəm Məmmədova və başqaları çıxış ediblər. Səhnə əsərində 1918-ci ilin martında ermənilər tərəfindən Bakıda törədilən qanlı hadisələrdən bəhs olunur, Azərbaycan xalqının mübarizlik əzmi tamaşaçıların diqqətinə çatdırılır.
Çıxış edənlər ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətindən, o cümlədən 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda törədilən qırğınlardan danışıb, bu faciələrin heç vaxt unudulmayacağını bildiriblər.

31 mart 2018-03-30 15:11:00