×
A
A
A
Sazlamalar

Akademik İradə Hüseynova: Ermənilərin xalqımıza qarşı genişmiqyaslı qırğınları mənfur siyasətin təzahürüdür

Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 31 mart – Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan tədbir keçirilib. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, akademik İradə Hüseynova ermənilər tərəfindən xalqımıza qarşı zaman-zaman həyata keçirilən etnik təmizləmə siyasətindən və qırğınlardan söz açıb. Genişmiqyaslı qanlı qırğınların ermənilərin azərbaycan türklərinə qarşı iki əsr davam edən mənfur siyasətinin təzahürü olduğu vurğulanıb.
İ.Hüseynova bildirib ki, 1918-ci ilin martın 30-dan aprelin 3-dək Bakı şəhərində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə törədilmiş soyqırımında minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. Mənfur qonşularımız milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini və başqa bölgələri, kəndləri xarabalığa çeviriblər.
Çıxış edənlər xalqımızın 31 mart soqırımını heç vaxt unutmayacağını və soydaşlarımızın qisasının yerdə qalmayacağını vurğulayıblar.

31 mart 2018-03-30 14:54:00