×
A
A
A
Sazlamalar

Filarmoniyada Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib

Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə vətənpərvərlik mövzusunda kompozisiyalardan ibarət konsert proqramı təqdim edilib. Konsertdə Xalq Artisti Teymur Göyçayevin bədii rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.
Gecədə Azərbaycan və dünya bəstəkarlarının tanınmış nümayəndələri – H.Pörsellin “Qordiyev düyünü” operasına “Uvertüra”, İ.S.Baxın “Xoral mi-minor”, F.Şopenin “Noktürn do-minor op.48 #1”, Edvard Elqarın “Larcetto”, Paul Xindemitin “Matəm musiqisi”, Fikrət Əmirovun “Elegiya”, Qara Qarayev və Fərəc Qarayevin “Largo”, Alfred Şnitkenin “Menuet”, Vasif Adıgözəlovun “Lay-lay” əsərləri səsləndirilib.

31 mart 2018-03-29 21:24:00