×
A
A
A
Sazlamalar

Gənc Tamaşaçılar Teatrında Azərbaycanlıların Soyqırımı Günündən bəhs edən tamaşa nümayiş olunacaq

Bakı, 31 mart, AZƏRTAC

Martın 31-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar İncəsənət Xadimi, dramaturq Əli Əmirlinin “Ünvansız qatar” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa öz ata-baba yurdlarından didərgin düşmüş, Bakıya pənah gətirən soydaşlarımızın nisgilli və faciəli həyat həqiqətlərindən bəhs edir. Pyesin qəhrəmanları düşmən hücumundan və zülmündən qurtarmağı bacarıblar. Lakin onlar hələ çıxdıqları yolun sonunu bilmirlər. “Ünvansız qatar” pyesinin qəhrəmanları ölümdən xilas olsalar da, yaşadıqları faciə və daxili əzabları onları sıxır.
Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sona Qarayeva, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Sona Mustafayevadır.
Rolları Əməkdar Artistlər Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Gülər Nəbiyeva, Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Qəmər Məmmədova, Leyli Vəliyeva, Vahid Əliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Çarhanlı, Türkan Şahmarlı, Xalidə Əliməmmədova, Mehriban Hüseynova və başqaları ifa edirlər.

Qan yaddaşı 2018-03-29 19:09:00