×
A
A
A
Sazlamalar

Xalqımıza qarşı törədilmiş qətliamlar içərisində 31 mart soyqırımı amansızlığına və miqyasına görə xüsusilə seçilir

Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov 1918-ci ilin martında erməni daşnaklarının və bolşevik qüvvələrinin Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımı həyata keçirdiklərini bildirib. O deyib ki, bu qanlı qırğında minlərlə azərbaycanlının kütləvi şəkildə öldürülməsi XX yüzilliyin ən qanlı səhifələrindəndir. Erməni millətçilərinin xalqımıza qarşı apardığı bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “böyük Ermənistan” dövləti qurmaq olub.
Tədbirdə digər çıxış edənlər bildiriblər ki, erməni şovinistlərinin tarixboyu Azərbaycan xalqına qarşı törətdiyi qanlı qırğınlar içərisində 31 mart soyqırımı amansızlığına və miqyasına görə xüsusilə seçilir. 1918-ci ilin martında Bakı quberniyasında və digər bölgələrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı nəticəsində minlərlə günahsız insan öldürülüb, minlərlə insan elindən-obasından didərgin düşüb. Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və digər ətraf rayonlar illərdir ki, Ermənistanın işğalı altındadır və dünya birliyi bunu görməzlikdən gəlir.

Qan yaddaşı 2018-03-29 14:11:00