×
A
A
A
Sazlamalar

31 mart soyqırımı ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir

Bakı, 29 mart, AZƏRTAC 

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Prezidentin müvafiq Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər həyata keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordusu, müxtəlif qoşun növləri, birlik, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə anım tədbirləri keçirilir.
Hərbi hissələrdə soyqırımı ilə bağlı şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, toplantı və xüsusi məşğələlər keçirilir, kitab, foto və rəsm sərgiləri təşkil olunur, sənədli və bədii filmlər nümayiş etdirilir.
Bundan əlavə, şəxsi heyət Quba Soyqırımı Memorial Kompleksini, eləcə də Bakıda və respublikanın digər şəhər və rayonlarında soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edirlər.

Qan yaddaşı 2018-03-29 11:12:00