×
A
A
A
Sazlamalar

Soyqırımı qurbanlarının xatirəsi anılacaq

Bakı, 28 mart, AZƏRTAC

Martın 30-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Müzeyində 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçiriləcək.
Teatr Muzeyinin və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədirdə soyqırımı haqqında məlumat veriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə G.Şaroyev adına 35 nömrəli 11 illik uşaq musiqi məktəbinin şagirdlərinin ifasında faciə qurbanlarının xatirəsinə həsr edilmiş musiqi nömrələri səsləndiriləcək.

31 mart 2018-03-28 12:15:00